Əsas Səhifə > Hadisə > Azərbaycanda psixotrop maddələri hazırlayanların cəzası ağırlaşdırılır

Azərbaycanda psixotrop maddələri hazırlayanların cəzası ağırlaşdırılır


9-03-2022, 13:51
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilməsi və daha ağır sanksiyaların tətbiq edilməsi təklif olunur.
Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər təklif olunur.
Belə ki, layihə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən biri kimi təklif edilir. Cinayət Qanununda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur.
Eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Cinayət Məcəlləsinin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif olunur.“Report”

Geri qayıt