Əsas Səhifə > Cəmiyyət / RƏSMİ XƏBƏR > Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü açıqlanıb - SİYAHI
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü açıqlanıb - SİYAHI9-03-2022, 13:27 |
Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb. Şəffaflıq.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb. Bildirilib ki, Baş İdarənin "161-Qaynar xətt" alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib. Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 2021-ci ildə "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü: 1. Daxili işlər orqanlarının fəaliyyəti - 1131 2. Səhiyyə - 701 3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti - 521 4. Sosial müdafiə - 513 5. Bələdiyyələrin fəaliyyəti 340 6. Özəl sahə - 237 7. Təhsil - 182 8. Ədliyyə orqanlarının fəaliyyəti - 175 9. "Azərişıq" ASC-nin fəaliyyəti - 96 10. "Azəriqaz" İB-nin fəaliyyəti - 77 11. Meliorasiya və su təsərüffatı - 72 12. Müdafiə - 39 13. "Azərsu" ASC-nin fəaliyyəti - 57 14. Səfərbərlik – 41 15. Kənd Təsərüffatı - 33 16. Ekologiya və Təbii Sərvətlər - 34 17. Bank sektoru - 35 18 Digər - 847 Geri qayıt |