Əsas Səhifə > Dünya > Türkiyədə sunami ola bilər

Türkiyədə sunami ola bilər


7-03-2022, 08:54

 

Boğaziçi Universiteti Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Regional Zəlzələ-Tsunami İzləmə və Qiymətləndirmə Mərkəzi müdiri Doğan Kalafat Türkiyənin Muğla-Antalya bölgəsində baş verə biləcək güclü zəlzələdən sonra sunami ola biləcəyini bildirib.

Onun sözlərinə görə, bölgədə 6 baldan yuxarı zəlzələ yaşanarsa snuami təhlükəsi mövcuddur.

Alimin fikrincə, bu zaman dalğaların hündürlüyü təxminən 3 metrə çatacaq.

“Əsasən Egey və Aralıq dənizi bizim üçün daha risklidir. Cənub-qərb sahillərimizdə, Krit, Muğla, Gökova, Fethiye və Antalya ətrafında 3 metrdən yuxarı sunami ehtimalı var”, - deyə mütəxəssis qeyd edib.


Şəffaflıq.az
Geri qayıt