Əsas Səhifə > Gündəm > “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı” – Rəşad Atakişiyevin atası
“Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı” – Rəşad Atakişiyevin atası21-08-2019, 21:49 |
Həlak olan hərbi pilot Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq edib. Şəffaflıq.az xəbər verir ki, o, oğlu Rəşad Atakişiyevlə fəxr etdiyini vurğulayıb: “Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Geri qayıt |