Əsas Səhifə > ƏSAS XƏBƏR / Dünya > Lüks brend mağazalar Rusiyada fəaliyyətlərini dayandırdılar

Lüks brend mağazalar Rusiyada fəaliyyətlərini dayandırdılar


5-03-2022, 14:25

 

Cənubi Koreyanın “Samsung” şirkəti Rusiyaya məişət texnikası və smartfonların tədarükünü dayandırır.

“Hazırkı geosiyasi hadisələrlə əlaqədar Rusiyaya çatdırılma dayandırılıb. Biz növbəti addımlarımızı müəyyən etmək üçün bu çətin vəziyyəti fəal şəkildə izləməyə davam edirik”, - deyə şirkətin açıqlamasında bildirilir.

Rusiyada lüks brendlər də mağazalarını bağladıqlarını elan ediblər. Onların arasında “Hermes”, “Chanel”, “Cartier”, “Kering” (Gucci, Balenciaga, Yves Saint Laurent), “Louis Vuitton Moet Hennessy” (Christian Dior, Givenchy, Kenzo, TAG Heuer və Bulgari), “Richemont” (Dunhill, Jaeger-LeCoultre, Montblanc, Piaget və Van Cleef & Arpels) də var.

Rusiya Ukrayna münaqişəsindən sonra xarici şirkətlər Rusiyada fəaliyyətlərini məhdudlaşdırmağa və ya dayandırmağa başlayıblar.


Şəffaflıq.az
Geri qayıt