Əsas Səhifə > Hadisə > Güclü külək Cəlilabadda ağacların bir qismini yolun hərəkət hissəsinə aşırıb
Güclü külək Cəlilabadda ağacların bir qismini yolun hərəkət hissəsinə aşırıb4-03-2022, 17:55 |
Güclü külək Cəlilabadda ağacların bir qismini yolun hərəkət hissəsinə aşırıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, paytaxtda, əsasən də regionlarda güclü külək və yağışla müşahidə olunan hava şəraiti təəssüf ki, fəsadsız ötüşməyib. Belə ki, 04.03.2022-ci il tarixdə səhər saatlarında əsən güclü külək nəticəsində Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 140-150-ci kilometrliyində yol kənarındakı ağacların bir qismi yolun hərəkət hissəsinə aşıb. Dərhal əraziyə BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 11-ci taqımının əməkdaşları cəlb edilərək müvafiq təhlükəsizlik tədbirləri görülüb və yolun təmizlənməsi üçün aidiyyəti qurumlara məlumat verilib. Yol-patrul xidməti əməkdaşlarının iştirakı ilə qısa müddət ərzində yolun hərəkət hissəsi ağaclardan təmizlənib, yaranmış məhdudiyyət aradan qaldırılıb və nəqliyyatın rahat və təhlükəsiz hərəkəti təmin edilib. Qeyd edək ki, ötən gün hava şəraitinin güclü külək və yağışla müşahidə olunacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumat əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkəti iştirakçılarına xəbərdarlıq edilmiş, şəxsi heyət təlimatlandırılmışdır. Şəffaflıq.az Geri qayıt |