Əsas Səhifə > HƏRBİ > Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
Hərbi prokurorun müavini vəzifəsindən azad edilib4-03-2022, 17:51 |
Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. Şəffaflıq.az Geri qayıt |