Əsas Səhifə > Hadisə > Ötən gün toylara görə 4 nəfər cərimələnib, 143 nəfər şənliyə buraxılmayıb
Ötən gün toylara görə 4 nəfər cərimələnib, 143 nəfər şənliyə buraxılmayıb4-03-2022, 09:32 |
Ötən gün toylara görə 4 nəfər cərimələnib, 143 nəfər şənliyə buraxılmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 3-də-də DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 126 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 123 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 143 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Şəffaflıq.az Geri qayıt |