Əsas Səhifə > Mədəniyyət > Məşhur film istehsalçılarının Rusiyaya sanskiyası Azərbaycan kinoteatrlarına necə təsir edəcək?
Məşhur film istehsalçılarının Rusiyaya sanskiyası Azərbaycan kinoteatrlarına necə təsir edəcək?3-03-2022, 15:44 |
![]() Mövzu ilə əlaqədar "Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nərmin Həsənova "Report"a deyib ki, kinoteatrlar şəbəkəsi filmləri birbaşa həmin studiyalardan alır: “Sony”, "Disney", "Warner Bros", “Paramount” kimi dünyanın nəhəng kino istehsalçılarının birbaşa studiyaları ilə çalışırıq. Sadəcə olaraq, MDB ofisi Moskvada yerləşdiyindən MDB ölkələri Rusiya üzərindən filmləri əldə edirdilər. Hazırda dünyada baş verən hadisələr onu göstərir ki, şirkətlər MDB ofisinin məkanını dəyişəcəklər. Ümumilikdə, dünyada yayımlanan filmlər Azərbaycanda da eyni gündə yayımlanacaq". O bildirib ki, hazırda danışıqlar aparılır: "Qeyd etdiyimiz böyük şirkətlər bu məsələyə baxırlar. Bizim hazırda əsas məqsədimiz filmlərin dünya premyerası ilə eyni gündə Azərbaycanda yayımlanmasıdır”.
Geri qayıt |