Əsas Səhifə > İdman > Rusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən kənarlaşdırılıb
Rusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən kənarlaşdırılıb3-03-2022, 12:07 |
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına qadağan edib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə IPC İdarə Heyətinin xüsusi iclasında qərar qəbul olunub. Pekin-2022 4 - 13 martda keçirilməlidir. Qərar ümumilikdə 83 paralimpiyaçıya şamil edilib. Qeyd edək ki, daha əvvəl ali qurum hər iki ölkə idmançılarını Oyunlara neytral statusda buraxılmasına qərar verib. Bildirilib ki, onların mükafatları qeyri-rəsmi medal hesabında nəzərə alınmayacaq. IOC isə beynəlxalq idman təşkilatlarına Rusiya və Belarus atletlərini yarışlardan kənarlaşdırmağı tövsiyə edib. Geri qayıt |