Əsas Səhifə > Dünya > Rusiyanın Müdafiə Nazirliyi: “Xerson şəhəri tamamilə ələ keçirilib”
Rusiyanın Müdafiə Nazirliyi: “Xerson şəhəri tamamilə ələ keçirilib”2-03-2022, 14:09 |
Rusiya ordusu Ukraynanın Xerson şəhərini tamamilə nəzarətə götürüb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. “Şəhərdə mülki infrastruktur, sakinlərin təminatı ilə məşğul olan obyektlər və ictimai nəqliyyat gündəlik fəaliyyət göstərir”, - Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur. Rusiya tərəfinin məlumatında həmçinin vurğulanır ki, silahlı qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Şəffaflıq.az Geri qayıt |