Əsas Səhifə > Gündəm > Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub


2-03-2022, 14:02

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib.

Şəffaflıq.az məlumat verir ki, Mərkəzin təhlilləri göstərir ki, “Azərbaycan dilinin Orfoqrafiya lüğəti”ndə, həmçinin izahlı lüğətlərdə öz əksini tapmayan, lakin aktiv şəkildə işlənən xeyli miqdarda söz və terminlər var.

Lüğətə salınması təklif olunan sözlər aşağıdakılardır:

“birdəqiqəlik”, “yüksəksəviyyəli” və bu qəbildən olan “eyniquruluşlu”, “ikidövrəli”, “dünyamiqyaslı”, “yüzdəyüz”, “yansımaq”, “randevu”.

Həmçinin, Mərkəz “soyqırımı” sözünün “soyqırım” kimi yazılmasını təklif edib.

Qeyd olunub ki, orfoqrafiya normalarında ixtisarlarla bağlı qaydalara müəyyən əlavələrin edilməsinə ehtiyac duyulur.

Buna görə də təklif edilib ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop əyri xətt (/) də əlavə olunsun.

Bildirilib ki, bu işarədən Azərbaycan dilində, xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur.

Məsələn: baş çavuş - b/çavuş; baş laborant- b/laborant; baş müəllim b/müəllim; kiçik çavuş - k/çavuş və s.

Qeyd edək ki, Azərbaycan dilinin Orfoqrafiya Lüğəti bu il yenidən nəşr olunacaq. Bi il ərzində lüğətin təkmilləşdirilmiş formada çap olunması nəzərdə tutulub. 

Geri qayıt