Əsas Səhifə > REGİON / Cəmiyyət / ELM VƏ TƏHSİL > Tarixin hansı səhifəsini vərəqləsən orada xalqın taleyinə yazılmış qəhrəmanlıq salnamısi görərsən.
Tarixin hansı səhifəsini vərəqləsən orada xalqın taleyinə yazılmış qəhrəmanlıq salnamısi görərsən.27-02-2022, 15:52 |
Tarixin hansı səhifəsini vərəqləsən orada xalqın taleyinə yazılmış qəhrəmanlıq salnamısi görərsən. Bu insanın bəlkə də genindən gələn bir şərəfdir. Şəhidlər ən uca zirvəni fəth etmiş qəhrəmanlardır. Okean Baday oğlu Seyidov və Orxan Ələsgər oğlu Müstəcəbov da həmin qəhrəmanlardandır. Okean Seyidov 8 fevral 1973-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub. İlk təhsilini Şamaxı şəhər 2 saylı orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı şəhərindəki Ali Hərbi Məktəbə verir və daxil olur.Oxuduğu müddətdə həmişə valideynlərinə təşəkkür məktubları gəlirdi....Birinci Qarabağ müharibəsi zamanı bədnam qonşuların ərazi bütövlüyümüzü pozmağa can atmasını eşidən Okean könüllü olaraq həmin döyüşə yollanır. 20 fevral 1993-cü ildə qızğın döyüşlərin birində qəhrəmancasınz şəhid olur. Orxan Ələsgər oğlu Müstəcəbov 5 mart 1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub. 1999-cu ildə O. Seyidov adına orta məktəbin birinci sinfinə daxil olub, 2010-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub. 2011-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Həmin ilin sonlarında Orxanı XTQ-in kursunda iştirak etmək üçün “N” saylı hərbi hissəyə ezam etmişlər. Kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin 8 iyul 2012-ci il əmri ilə “kiçik gizir” hərbi rütbəsi alaraq xidmətini davam etdirmişdir. Hamıya məlumdur ki, mənfur düşmənlər həmişə öz çirkin əməllərindən əl çəkməmişdilər. 2016-cı ilin aprel ayının əvəlləri də buna sübutdur. Qısa zaman ərzində ordumuzun çevikliyi sayəsində ermənilər xeyli sayda itkilər verərək geri çəkildilər. Bilirik ki, döyüş itkisiz ötüşmür. Çox təəssüf ki, Talış kəndi uğrunda gedən döyüşdə həmyerlimiz Orxan Müstəcəbov qəhrəmancasına həlak oldu. Döyüşdə göstərdiyi igidliyə görə Ali Baş Komandanın sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə -3-cü dərəcəli” medala layiq görülmüşdür. Şəhidlərimizin adı xalqımız tərəfindən həmişə uca tutulur və əbədiləşdirilir. Elə buna görə də Okean Seyidov adına Bədəlli kənd tam orta məktəbində tədbir keçirilmişdir. Məktəb kollektivinin təşəbbüsü ilə II sinfə Orxan Müstəcəbovun və III sinfə Okean Seyidovun adları verilmişdir. Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Mirzəyeva açdı. Öncə Azərbaycanın Himni səsləndirilildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Söz Rayon Təhsil Şöbəsinin müdiri Tahir Səbzalıyevə verildi: Öncə Okeanın atası Baday kişiyə və Orxanın anası Şəhla xanıma vətənə layiqli övladlar böyütdükləri üçün dərin ehtiramımı bildirirəm. Onların hər biri vətən yolunda canlarından keçiblər və şəhidlik zirvəsinə ucalıblar.Şəhidlərimiz Vətənini sevdi. Bu sevgi müqəddəs sevgidir, bu sevgi vətən yolunda qurban verilən “can”dır.44 günlük müharibədə çox uğurlar qazandıq. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi sayəsində ordumuz 30 il əsarətdə qalan torpaqlarımızı azad etdi, şəhidlərimizin qisası alındı, xalqımızın birgəliyi önə gəldi. Arxa cəbhədə ağsaqqallarımızın, ağbirçəklərimizin duaları gerçəkləşdi. Bilirik ki, müharibə itkisiz ötüşmür. Qarabağ döyüşlərində çox oğullarımız canlarından keçdilər- şəhid oldular. Şəhidlər ölməz, yaddaşlarda, əqidələrdə yaşarlar. Biz həmişə azadlığımızın, istiqlalımızın carçısı olan şəhidlərimizi ən səmimi hiss və duyğularla qəlbimizdə yaşadacağıq.Bu gün şəhidlərimizin adlarını bir daha əbədiləşdirən O. Seyidov adına Bədəlli kənd tam orta məktəbinin kollektivinə təşəkkürümü bildirirəm. Tədbirdə iştirak edən Okeanın atas Baday kişi və Orxanın anası Şəhla xanım öz çıxışlarında böyük təskinlik tapdıqlarını bildirdilər. Təhsil Şöbəsinin müdiri Tahir müəllimə, məktəbin direktoru Elxan müəllimə və məktəbin kollektivinə təşəkkür etdilər. Hər iki valideyn bildirdi ki, dövlətimiz biz şəhid ailələrinə həmişə diqqət göstərir. Şəxsən Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı adil Məmmədov bizimlə sıx əlaqə saxlayır və həmişə bizim yanımızdadır. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin Baçşısının Bədəlli kəndi üzrə nümayəndəsi Hamlet Ağayev, Okeanın əmisi İnkişaf Seyidov, “Qobustan” qəzetinin müxbiri Məhəmməd Bayramov, məktəbin direktoru Elxan Cəbisoy şəhidlərin valideynlərinə səbr dilədilər və bu təşəbbüsü alqışladılar. Bir neçə şagird şəhidlərə həsr olunmuş mübariz ruhlu şeir söylədi. Şəhidlərin adları verilən sinif otaqlarındakı əmək fəaliyyətlərinə və bu işin təşkilinə görə məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Mirzəyevaya, texniki işçilərdən Saleh Yasinova və Daşqın Kamilova məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olundu. Məktəbin direktoru Elxan Cəbisoy bütün tədbir iştirakçılarına kollektiv adından minnətdarlığını bildirdi. Sonra II sinif şagirdləri Orxan Müstəcəbov adına sinfə, III sinif şagirdləri Okean Seyidov adına sinfə daxil oldular. Allah bütün şəhidlərimizə rəhmət etsin. Məhəmməd Bayramov Azərbaycan Jurnalistlər Birliyinin üzvi Geri qayıt |