Əsas Səhifə > Dünya > Rusiya hərbçiləri Sumi yaxınlığında dinc əhalinin olduğu avtobusu atəşə tutublar

Rusiya hərbçiləri Sumi yaxınlığında dinc əhalinin olduğu avtobusu atəşə tutublar


27-02-2022, 15:08

 

Sumı vilayətində Rusiya hərbçiləri mülki şəxslərin olduğu avtobusu tanklardan atəşə tutub.

Bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, insident Axtırski rayonunda Çupaxivka ilə Dovjik arasında baş verib.

“Rusiya tankları dinc əhalinin olduğu avtobusu vurdu. Təcili yardım maşınları hadisə yerinə buraxılmayıb. Belə ki, ətraf minalanıb. Həkimlər əraziyə piyada getməli olublar”, - deyə o, bildirib.


Şəffaflıq.az
Geri qayıt