Əsas Səhifə > Gündəm / Dünya > "Qoşunlara bütün istiqamətlərdə hücum əmri verildi" - Rusiya MN

"Qoşunlara bütün istiqamətlərdə hücum əmri verildi" - Rusiya MN


26-02-2022, 22:58

 

Rusiya Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etdiyini iddia etdikdən sonra bütün qoşunlara bütün istiqamətlərdə hücum əmri verildiyini açıqlayıb.

Şəffaflıq.az xəbər  verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - Konaşenkov deyib.

Geri qayıt