Əsas Səhifə > MANŞET / KARUSEL / Dünya / Kriminal > "Kosmik Stansiya üzərinizə düşə bilər" - Putin ABŞ-ı HƏDƏLƏDİ

"Kosmik Stansiya üzərinizə düşə bilər" - Putin ABŞ-ı HƏDƏLƏDİ


26-02-2022, 22:56

 

Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü günündə münaqişələr şiddətləndiyi üçün ABŞ və Aİ ölkələri Rusiyaya qarşı sanksiyalarına hər gün yenisini əlavə edirlər. Rusiyadan bu sanksiya qərarlarına qarşı “təhlükəli” bəyanat gəlib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiyanın “Roskosmos” kosmik agentliyinin baş direktoru Dmitri Roqozin bildirib ki, sanksiyalara görə 500 tonluq Beynəlxalq Kosmik Stansiya orbitdən çıxaraq ABŞ və ya Avropaya düşə bilər.

Bu addım ABŞ prezidenti Co Baydenin "Rusiyanın aviasiya sənayesinə, o cümlədən kosmik proqramlarına zərər verəcək" yeni sanksiyaları elan etməsindən sonra atılıb.

“Bizimlə əməkdaşlığa mane olsanız, Beynəlxalq Kosmik Stansiyanın (BKS) nəzarətsiz şəkildə orbitdən çıxıb ABŞ və ya Avropaya düşməyəcəyinə heç bir zəmanət yoxdur”, - Roskosmosun idarəedici direktoru Dmitri Roqozin "Twitter" hesabında yazıb.

O, qeyd edib ki, stansiyanın orbiti və kosmosdakı mövqeyi Rusiya istehsalı olan mühərriklər tərəfindən idarə olunur.

Geri qayıt