Əsas Səhifə > İdman / Dünya > 2022-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyada keçirilməyəcək

2022-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyada keçirilməyəcək


25-02-2022, 23:27

 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasının Rusiyada keçirilməyəcəyini açıqlayıb.

“FİDE Şurası 44-cü Şahmat Olimpiadasının, o cümlədən fiziki məhdudiyyətli oyunçular üçün yarışların, eləcə də FİDE Konqresinin Rusiyada keçirilməməsinə qərar verib. Biz olimpiadanın başqa təşkilatçısını tapmaq və FİDE-nin 2022-ci il Konqresinin keçirilmə yeri və tarixləri barədə vaxtında məlumat vermək üçün əlimizdən gələni edəcəyik”, - FİDE-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Xatırladaq ki, 2022-ci ildə Minskdə keçirilməli olan Ümumdünya Şahmat Olimpiadası 2020-ci ilin dekabrında Rusiyaya köçürülüb.


Şəffaflıq.az
Geri qayıt