Əsas Səhifə > Gündəm / Dünya > NATO çevik reaksiya qüvvələrini hazır vəziyyətə gətirib
NATO çevik reaksiya qüvvələrini hazır vəziyyətə gətirib25-02-2022, 23:23 |
Şimali Atlantika Alyansı çevik reaksiya qüvvələrini həyəcan vəziyyətinə gətirib. Bu barədə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol “Twitter” səhifəsində məlumat verib. “İndi məlum olub ki, NATO-nun Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu (VJTF) fəaliyyətə gətirilib. Əla xəbərdir", - o, yazıb. Qeyd edək ki, Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu NATO-nun sürətli yerləşdirilmə üçün Çevik Cavab Qüvvələrinin tərkibində xüsusi qabaqcıl briqadadır. Şəffaflıq.az Geri qayıt |