Əsas Səhifə > İnfrastruktur / REGİON / Cəmiyyət > “Rəqəmsal icra hakimiyyəti portalı” istifadəyə verilib
“Rəqəmsal icra hakimiyyəti portalı” istifadəyə verilib25-02-2022, 16:13 |
Rəqəmsal icra hakimiyyəti” portalı – rih.gov.az qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Şəffaflıq.az xəbər verir ki,“Rəqəmsal icra hakimiyyəti” portalı icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətləri rəqəmsal formatda vətəndaşlara təqdim edir, habelə icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradır. “Rəqəmsal icra hakimiyyəti” portalının xidmətlər bölməsində vətəndaşlara 12 elektron xidmət təqdim olunur. Bu xidmətlərdən 9-u yerli icra hakimiyyətlərinin vətəndaşlara göstərdikləri dövlət xidmətləridir. Bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlar tələb olunan sənədlər əsasında məlumatları təqdim etməklə müraciət edə bilərlər. Vətəndaşların bəzi fərdi məlumatları avtomatik şəkildə portal vasitəsilə əldə olunur. Bu isə öz növbəsində vətəndaşların vaxtına və resurslarına qənaət edir. “Vətəndaş Qəbulu” modulu Yerli icra hakimiyyəti orqanlarında görüş üçün onlayn müraciət etmək imkanını yaradır. Vətəndaşlar yerində qəbula müraciət etdikdən sonra müraciət müvafiq icra hakimiyyəti tərəfindən baxılır. Daha sonra vətəndaşın şəxsi kabinetində görüşün vaxtı və görüşüləcək şəxs barədə məlumat yerləşdirilir. Əziz ismayıllılar, siz də RİH-nə gəlmədən rih.gov.az saytından qeydiyyatdan keçərək vətəndaş qəbullarına yazıla həmçinin müraciət və təklifkərinizi edə bilərsiniz. Ayşən Agayeva. Şəffaflıq.az Geri qayıt |