Əsas Səhifə > REGİON / Cəmiyyət > Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində Xocalıdan olan ailələrlə görüş keçirilib
Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində Xocalıdan olan ailələrlə görüş keçirilib25-02-2022, 15:56 |
![]() Şəffaflıq.az xəbər verir ki,görüş Rayon İcra Hakimiyyətinin başçısının, RİH-nin əməkdaşlarının, hüquq-mühafizə rəhbərlərinin, Xocalıdan olan məcburi köçkünlərin iştirakı ilə baş tutub. Tədbiri giriş nitqi ilə RİH-nin başçısı Nahid Bağırov açıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Törədilmiş soyqrımın ağır nəticələrindən söhbət açan rayon rəhbəri Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa etdiyini bir daha diqqətə çatdırıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Sonda Xocalıdan olan ailələrə yardım verilib. Qeyd edək ki, hazırda İsmayıllıda 16 ailəni təmsil edən 53 nəfər Xocalı sakini məskunlaşıb. Ayşən Ağayeva. Şəffafllq.az Geri qayıt |