Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şamaxı rayon Mədəniyyət evində tədbir keçirilib.-FOTO
Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şamaxı rayon Mədəniyyət evində tədbir keçirilib.-FOTO24-02-2022, 18:36 |
![]() Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Vətən Müharibəsi iştirakçılarının bir qismi iştirak etmişdir. ![]() ![]() ![]() ![]() ![]() ![]() Milli Məclisin deputatı Tamam Cəfərova tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin ölkəmizə qarşı daim ərazi iddiasında olmaları, məkrli və təcavüzkar siyasət yürütmələri torpaqlarımızın iyirmi faizini işğal etmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla xeyli sayda dinc sakinləri qətlə yetirmələri və əsirlərə qarşı qeyri-insani hərəkətlər etmələrini qeyd edib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Xocalı Soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu qeyd edərək Xocalı həqiqətlərinin dünyaya çatdırılması bu soyqırımın beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib. ![]() ![]() Tədbir çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən medallarla təltif olunan bir neçə Vətən müharibəsi iştirakçısına medallar təqdim olunub. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Şəffaflıq.az Şamaxı şəhəri Geri qayıt |