Əsas Səhifə > REGİON / Mədəniyyət / Cəmiyyət > “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun növbəti görüşü İsmayıllı rayonunda baş tutub
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun növbəti görüşü İsmayıllı rayonunda baş tutub23-02-2022, 19:53 |
![]() Şəffaflıq.az xəbər verir ki, iştirakçılara yeni karyera imkanlarının yaradılmasında köməklik göstərmək, onlara müvafiq iş istiqamətlərində dəstək olmaq məqsədilə keçirilən müsabiqədə qeydiyyat mərhələsindən keçmək istəyən namizədlərə köməklik göstərilib və sualları cavablandırılıb. ![]() ![]() ![]() "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək. Geri qayıt |