Əsas Səhifə > Hadisə > Ötən gün toylara görə 6 nəfər cərimələnib, 62 nəfər şənliyə buraxılmayıb
Ötən gün toylara görə 6 nəfər cərimələnib, 62 nəfər şənliyə buraxılmayıb22-02-2022, 10:29 |
Ötən gün toylara görə 6 nəfər cərimələnib, 62 nəfər şənliyə buraxılmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 67 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 61 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 62 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Şəffaflıq.az Geri qayıt |