Əsas Səhifə > Gündəm / Dünya > Ukrayna BMT TŞ-yə fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib
Ukrayna BMT TŞ-yə fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib21-02-2022, 23:42 |
Ukrayna BMT Təhlükəsizlik Şurasına (TŞ) fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib.Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib. O qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin adından Budapeşt Memorandumunun 6-cı bəndinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) üzv dövlətlərinə gərginliyi azaltmaq üçün təcili tədbirlər və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün praktiki addımlar barədə təcili məsləhətləşmələrin keçirilməsi tələbi ilə BMT TŞ-yə rəsmi sorğu göndərilib. Geri qayıt |