Əsas Səhifə > ƏSAS XƏBƏR / Dünya > Putin Makron və Şoltza tezliklə DXR və LXR-i tanıyan fərmanı imzalayacağını bildirib

Putin Makron və Şoltza tezliklə DXR və LXR-i tanıyan fərmanı imzalayacağını bildirib


21-02-2022, 23:25

 

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltzla telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Putin Fransa və Almaniya liderlərini Dövlət Dumasının DXR-in tanınması ilə bağlı qəbul etdiyi qətnamə kontekstində Donbass ətrafında mövcud vəziyyəti nəzərdən keçirən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasının nəticələri barədə məlumatlandırıb.

“Bütün bunları nəzərə alaraq, Rusiya prezidenti yaxın vaxtlarda müvafiq sərəncam imzalamaq niyyətində olduğunu bildirib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Fransa prezidenti və Almaniya kansleri hadisələrin “bu cür inkişafından məyus olduqlarını” dilə gətiriblər.

Eyni zamanda, onlar təmasları davam etdirməyə hazır olduqlarını bildiriblər.


Şəffaflıq.az
Geri qayıt