Əsas Səhifə > Hadisə > Müdafiə Nazirliyinin sabiq idarə rəisinin barəsində həbs qətimkan tədbiri seçilib

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin barəsində həbs qətimkan tədbiri seçilib


21-02-2022, 15:34
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.
Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Geri qayıt