Əsas Səhifə > SON XƏBƏR / Dünya > Putinlə Makron Donbassla bağlı razılığa gəldi

Putinlə Makron Donbassla bağlı razılığa gəldi


20-02-2022, 23:09

 

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron Donbasla bağlı işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

İşçi qrupunun əsas məqsədi qoşunların təmas xəttində atəşkəs üçün şərait hazırlamaq olacaq.

Agentliyin məlumatına görə, Rusiya və Fransa xarici işlər nazirləri yaxın günlərdə Avropada təhlükəsizlik məsələləri üzrə sammitin təşkilini müzakirə ediblər.

Liderlərin söhbəti 1 saat 45 dəqiqə davam edib. Bundan sonra Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə yarım saatlıq söhbət edib.

Geri qayıt