Əsas Səhifə > Hadisə / Dünya > Braziliyada təbii fəlakət qurbanlarının sayı 150 nəfəri ötüb

Braziliyada təbii fəlakət qurbanlarının sayı 150 nəfəri ötüb


20-02-2022, 20:04

 

Braziliyanın Rio-de-Janeyro əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 152 nəfərə yüksəlib.

Petropolis şəhəridə baş verən daşqın və torpaq sürüşmələrindən sonra 165 nəfər itkin düşüb, 967 nəfər isə sığınacaqlardadır.

Şəhərin 51 nöqtəsində çalışan əsgər və könüllülərdən ibarət qruplar yağışlı və rütubətli hava şəraiti ilə əlaqədar yenidən torpaq sürüşmələrinin baş verəcəyindən narahatdırlar.

Qeyd edək ki, fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələrinin baş verdiyi, küçələri, parkları, bazarları su basdığı, avtomobil və avtobusların su altında qaldığı bildirilib.

Ştat qubernatoru Klaudio Kastro bölgənin 1932-ci ildən bəri ən güclü yağıntıya məruz qaldığını bəyan edib.


Şəffaflıq.az

Geri qayıt