Əsas Səhifə > ƏSAS XƏBƏR > AMEA-nın növbəti yığıncağı aprel ayında keçiriləcək
AMEA-nın növbəti yığıncağı aprel ayında keçiriləcək19-02-2022, 21:39 |
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə əsasən, Ümumi yığıncağımız bu il aprel ayının sonunda keçiriləcək”. Şəffaflıq.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib. O qeyd edib ki, ildə bir dəfə AMEA-nın Ümumi yığıncağı keçirilir: “AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında belə qərar qəbul olundu ki, növbəti yığıncağa qədər AMEA-nın prezidenti səlahiyyətlərinin icrası birinci vitse-prezident Arif Həşimova həvalə olunsun. Əgər hansısa fövqəladə, növbədənkənar hal olmasa, Ümumi yığıncaq aprelin sonunda keçiriləcək. AMEA-nın növbədənkənar Ümumi yığıncağının keçirilməsi ilə bağlı da hazırda elə bir iradə yoxdur. Adi qaydada işimiz davam edəcəksə, aprel ayının sonunda Ümumi yığıncaq keçiriləcək”. Xatırladaq ki, AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında Ramiz Mehdiyevin Akademiyanın prezidenti vəzifəsindən istefası barədə ərizəsi qəbul edilib, bu vəzifənin icrası birinci vitse-prezident Arif Həşimova həvalə olunub. Geri qayıt |