Əsas Səhifə > XARİCİ XƏBƏR / Dünya > Səudiyyə Ərəbistanında şortik geyənlər cərimələncək

Səudiyyə Ərəbistanında şortik geyənlər cərimələncək


19-02-2022, 21:34


 

Səudiyyə Ərəbistanında dövlət idarələrində və məscidlərdə şortik geyinməyə görə cərimələr tətbiq edilib.


Şəffaflıq.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasına görə, dövlət idarələrində və məscidlərdə şortik geyinmək yeni ictimai tənzimləmə ilə qayda pozuntusu sırasına daxil edilib.

Bildirilib ki, bu yerlərdə şortik geyinənlər 250-dən 500 riala qədər cərimələnəcəklər.


Sözügedən reqlament 2 noyabr 2019-cu il tarixindən qüvvəyə minib.


Yaşayış məntəqələrində nalayiq davranışlar, yüksək səslə musiqi dinləmək, ev heyvanlarının tullantılarını toplamamaq, uyğun olmayan paltar geyinmək tənzimləmə çərçivəsində pozuntular sırasındadır.

Geri qayıt