Əsas Səhifə > Cəmiyyət > 6 min şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb edilib
6 min şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb edilib18-02-2022, 18:11 |
Postmüharibə dövründə 6 min şəhid ailəsi üzvü və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirir. Həmin tədbirlərin bir istiqaməti də onların kiçik biznesə çıxışına özünüməşğulluq proqramı vasitəsilə şərait yaradılmasıdır. Bu məqsədlə postmüharibə dövründə 6,5 mindən çox şəhid ailəsi üzvü və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil olunub. Təlimlərdən sonra isə seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara lazımi mal və materiallar, avadanlıqlar formasında aktivlər təqdim edilib. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan kateqoriyalara aid 10 min şəxs Nazirlik tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Geri qayıt |