Əsas Səhifə > Dünya > Polşa Rusiya ilə sərhədə hasar çəkməyi planlaşdırır

Polşa Rusiya ilə sərhədə hasar çəkməyi planlaşdırır


18-02-2022, 07:57

 

Polşa Rusiya ilə sərhədə hasar çəkməyi planlaşdırır.

Bu barədə Polşanın Milli Müdafiə nazirinin müavini Voyçex Skurkeviç açıqlayıb.

“Biz Polşa-Rusiya sərhədində divar tikmirik, sadəcə planlaşdırırıq”, - deyə o, Polşa ilə Rusiyanın Kalininqrad vilayəti arasında sərhədə mümkün hasarın tikintisi ilə bağlı sualı cavablandırarkən bildirib.

O əlavə edib ki, bunlar Sərhəd Mühafizəsinin planlarında olan tədbirlərdir.

Polşa miqrasiya böhranı fonunda, yanvar ayında Belarusla sərhəddə sədd çəkməyə başladı. Tikintinin başa çatdırılması 2022-ci ilin iyun ayının sonuna planlaşdırılır.


Şəffaflıq.az
Geri qayıt