Əsas Səhifə > ELM VƏ TƏHSİL > Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb17-02-2022, 09:48 |
Bakıda koronavirusa görə bağlanan 60, 179 və 271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, həmin məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Şəffaflıq.az Geri qayıt |