Əsas Səhifə > SİYASƏT > Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.


16-02-2022, 22:13
 Koronavirusdan sağalan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bu barədə Şəffaflıq.az “Habertürk”ə istinadən xəbər verir.
“Telefonla zəng edərək bizə və xanımıma keçmiş olsun diləklərini çatdıran cənab Prezident İlham Əliyevə, cənab Kazimiyə (İraqın Baş naziri Mustafa əl-Kazımi), cənab Hersoqa (İsrail Prezidenti İsaak Hersoq), cənab Tatara (Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara), cənab Rəisiyə (İran Prezidenti Seyid İbrahim Rəisi), cənab İzetbeqoviçə (Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç) öz adımdan və millətim adından təşəkkür edirəm. Mesaj və məktublarla şəfa diləklərini çatdıran 23 ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinə öz təşəkkürümü bildirirəm”, - Ərdoğan deyib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan fevralın 5-də koronavirusa yoluxmuşdu. R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanmışdı. Fevralın 10-da dövlət başçısının verdiyi növbəti testin cavabı mənfi olmuşdu.

Geri qayıt