Əsas Səhifə > Mədəniyyət > “Yuxu” filmi ilə tanınan məşhur aktrisa: “Azərbaycan kinosu açıq-saçıq səhnələrə hazır deyil”
“Yuxu” filmi ilə tanınan məşhur aktrisa: “Azərbaycan kinosu açıq-saçıq səhnələrə hazır deyil”16-02-2022, 14:23 |
“Mən açıq-saçıq səhnələr olduğu üçün bir neçə filmdən imtina etmişəm”. Bu sözləri Xalq artisti Ayan Mirqasımova mətbuata açıqlaması zamanı deyib. O qeyd edib ki, bir neçə tamaşada təklif olunan roldan da imtina edib: “Mən çox utancaq qadınam. Bu mənə anamın südü ilə keçib. Mən o qədər də cəsur adam deyiləm. Düşünürəm ki, Azərbaycan kinosu açıq-saçıq səhnələrə hazır deyil”. Aktrisa əlavə olaraq bildirib ki, məşhur bir rejissorumuz ona filminə çəkilməyi təklif edib: “Mən məhz açıq-saçıq səhnələri çıxaracağı halda çəkiləcəyimi demişdim. O isə çox prinsipial rejissor olduğunu və sözügedən səhnələri çıxarmayacağını demişdi. Rejissor Rusiyadan azərbaycanlılara bənzəyən bir aktrisa tapıb onu çəkdi”. A.Mirqasımova “Yuxu” filminin onu daha çox tanıtdığını vurğulayıb: “Razıyam, “Yuxu” məni daha çox tanıtdı. Mənim çəkildiyim filmlər əsasən festival filmləridir. Həmin filmləri heç televiziyalarda da çox göstərmirlər. Düşünürəm ki, “Ovsunçu” filmi daha tez-tez göstərilə bilər. Necə ki, “Yeddi oğul istərəm” filmini tez-tez göstərirlər. “Ovsunçu” da o filmlə eyni dövrdən bəhs edir, sadəcə başqa rakursdan”. Şəffaflıq.az Geri qayıt |