Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya ilə Ermənistan arasında Qarabağa dair müzakirələr aparılıb

Rusiya ilə Ermənistan arasında Qarabağa dair müzakirələr aparılıb


15-02-2022, 19:06
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub.
Şəffaflıq.az  Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli və regional, o cümlədən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmalarının icrası ilə bağlı məsələlər müzakirə edilib.
Həmçinin təhlükəsizlik zəmanətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Geri qayıt