Əsas Səhifə > Cəmiyyət > Ötən gün toylara görə 3 nəfər cərimələnib, 54 nəfər şənliyə buraxılmayıb.
Ötən gün toylara görə 3 nəfər cərimələnib, 54 nəfər şənliyə buraxılmayıb.15-02-2022, 09:15 |
Ötən gün toylara görə 3 nəfər cərimələnib, 54 nəfər şənliyə buraxılmayıb. Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Fevralın 14-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 174 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 172 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 54 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri qayıt |