Əsas Səhifə > Hadisə > Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bakıda mənzildə qadın meyiti aşkarlanıb.15-02-2022, 09:10 |
Bakıda qadın meyiti aşkarlanıb Bu barədə Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Rəcəbova Tamella Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Geri qayıt |