Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda koronavirusdan ölənlərin sayı 9 mini ötdü
Azərbaycanda koronavirusdan ölənlərin sayı 9 mini ötdü12-02-2022, 20:25 |
![]() Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 738 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 679 316 nəfər müalicə olunaraq sağalıb, 9 027 nəfər vəfat edib. 49 985 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 844, bu günə qədər isə ümumilikdə 6 372 838 test icra olunub.
Geri qayıt |