Əsas Səhifə > SON XƏBƏR > 12 mindən çox şəxsə amnistiya tətbiq edilib
12 mindən çox şəxsə amnistiya tətbiq edilib12-02-2022, 10:59 |
Ötən il əfv sərəncamı ilə 625 məhkum azadlığa buraxılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü ilə Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrası davam etdirilib, ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12.300-dən çox şəxsə tətbiq edilib. Məlumat verilib ki, amnistiyanın tətbiqi nəticəsində 8.100-ə yaxın şəxs ayrı-ayrı cəzalardan, o cümlədən 2.700-dək məhkum azadlıqdan məhrum etmə cəzasından azad edilib, 3.400-dən çoxunun isə cəza müddəti azaldılıb. Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib. Geri qayıt |