Əsas Səhifə > Hadisə > Ötən gün toylara görə 3 nəfər cərimələnib, 59 nəfər şənliyə buraxılmayıb
Ötən gün toylara görə 3 nəfər cərimələnib, 59 nəfər şənliyə buraxılmayıb12-02-2022, 09:30 |
Ötən gün toylara görə 3 nəfər cərimələnib, 59 nəfər şənliyə buraxılmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 170 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 59 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Şəffaflıq.az Geri qayıt |