Əsas Səhifə > Hadisə > Ötən gün toylara görə 1 nəfər cərimələnib, 32 nəfər şənliyə buraxılmayıb
Ötən gün toylara görə 1 nəfər cərimələnib, 32 nəfər şənliyə buraxılmayıb11-02-2022, 09:54 |
Ötən gün toylara görə 1 nəfər cərimələnib, 32 nəfər şənliyə buraxılmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 10-da DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 85 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 84 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 32 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Şəffaflıq.az Geri qayıt |