Əsas Səhifə > Hadisə > Cəlilabadda ictimai yerlərdə 5 koronavirus xəstəsi aşkarlanıb

Cəlilabadda ictimai yerlərdə 5 koronavirus xəstəsi aşkarlanıb


9-02-2022, 23:55
 Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, rayon sakinləri M.Əliyev, X.Məmmədov, Y.Nəsirova, B.Niftullayev və E.Hüseynovanın karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Faktlarla bağlı araşdırma aparılır.

Şəffaflıq.az
Geri qayıt