Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda daha 7 779 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb
Azərbaycanda daha 7 779 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb9-02-2022, 16:04 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8 948 nəfər vəfat edib, aktiv xəstə sayı 49 085 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, ötən müddət ərzində isə ümumilikdə 6 316 102 test aparılıb. Şəffaflıq.az Geri qayıt |