Əsas Səhifə > Dünya / Maraqlı > 9 ustanın 7 aya hazırladığı təsbeh 120 min lirəyə satılıb

9 ustanın 7 aya hazırladığı təsbeh 120 min lirəyə satılıb


9-02-2022, 14:47

 

Kastamonuda təsbeh dizayneri və kolleksiyaçısı Yusuf Ekşioğlunun rəhbərliyi ilə Türkiyənin 5 görkəmli təsbeh ustası və 4 ağac ustası bir araya gələrək hər biri 22-27 millimetr ölçüdə olmaqla 90 santimetr uzunluğunda təsbeh hazırlayıblar.


Şəffaflıq.az xəbər verir ki, "haberturk"ün verdiyi məlumata görə, 9 ustanın 7 aylıq zəhmətdən sonra tamamladığı və Türkiyədə yeganə olan təsbeh qoz ağacının kökündən düzəldilmiş işıqlı platformaya qoyulub.

Dəzgah qutusuna qoyulan təsbehi onun dizayneri Yusuf Ekşioğlu sosial media hesabında paylaşıb. Bu paylaşımı sosial şəbəkədə görən Dubayda yaşayan türk təsbehi 120 min lirəyə alıb.

Təsbeh dizayneri və kolleksiyaçısı Yusuf Ekşioğlu mövzu ilə bağlı açıqlama verib: “Biz bu layihəni həyata keçirərkən maddi şeylərdən çox bu cəmiyyətə yeni bir şey əlavə etmək istədik və istədiyimizi etdik.

Düşündüm ki, bütün Türkiyədə adından söz etdirən bir layihə həyata keçirdik, amma təsbehimizə Dubaydan müştəti çıxınca,  Dünyada səs saldığımızı anladıq. Biz bu layihənin satış qiyməti ilə çox daha yaxşı layihələr edərək həm Kastamonu, həm də ölkəmizi ən yaxşı şəkildə təmsil etmək istəyirik”, - deyib.

Ekşioğlu təsbehin yeni sahibinin Kastamonuya xüsusi nəqliyyat vasitəsi göndərərək məhsulu alacağını söyləyərək: “Bizi ən çox sevindirən hadisələrdən biri təsbehimizin təqdir edəcək birinə satılmasıdır. İnşallah illər sonra Kastamonuda ediləcək olan bu əsərimiz dəyərli yerlərdə sərgilənər və bu da, sənətin davamlılığını təmin edər”, - deyə usta bildirib.
Geri qayıt