Əsas Səhifə > SİYASƏT > ABŞ İŞİD liderinin yerini deyənə 10 milyon dollar mükafat verəcək
ABŞ İŞİD liderinin yerini deyənə 10 milyon dollar mükafat verəcək8-02-2022, 16:09 |
Birləşmiş Ştatlar 2021-ci ilin avqustunda Kabil hava limanında Amerika qoşunlarına qarşı təşkil edilən hücuma görə "İŞİD-H"nin Əfqanıstandakı lideri Sənauallah Qafarinin harada olduğu barədə məlumat verənə pul mükafatı təklif edib.Şəffaflıq.az xəbər verir ki, Birləşmiş Ştatlar Qafari və onun hücuma görə məsuliyyət daşıyan tərəfdarlarını tapmaq üçün 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb. Pentaqonun kəşfiyyat məlumarlarında İŞİD-Xorasan ("İŞİD-H") qruplaşmasının lideri kimi tanınan Sənaullah Qafarinin Əfqanıstandakı hücumları bəyəndiyi və onlar üçün maliyyə vəsaiti tapdığı bildirilir. ABŞ Dövlət Departamenti noyabr ayında Qafarini "beynəlxalq terrorçu" elan edib və "İŞİD-H"nin 6-12 ay ərzində xaricdə hücumlar həyata keçirə biləcəyini bildirən məlumat verib. ABŞ ordusu cümə günü bildirib ki, 26 avqust 2021-ci ildə Kabildə Həmid Kərzai hava limanına edilən hücumda 13 Amerika əsgəri və ən azı 170 əfqan həlak olub. Geri qayıt |