Əsas Səhifə > Cəmiyyət > Azərbaycan Boks Federasiyasında hesabat-seçki konfransı keçiriləcək
Azərbaycan Boks Federasiyasında hesabat-seçki konfransı keçiriləcək8-02-2022, 11:32 |
Fevralın 9-da Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, saat 11:00-da start götürəcək tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında olacaq. Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək. Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır. Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir. Geri qayıt |