Əsas Səhifə > Cəmiyyət > Bəzi şəriət hökmlərində göstərilən misqal neçə qrama bərabərdir?

Bəzi şəriət hökmlərində göstərilən misqal neçə qrama bərabərdir?


15-08-2019, 23:42
Bəzi şəriət hökmlərində günahların kəffarəsi (cəriməsi) üçün ölçü vahidi kimi göstərilən misqal neçə qrama bərabərdir?
Dini mənbələrdə misqalın ölçüsü barədə məlumatlar fərqlidir. Azərbaycan Sovet Ensiklopediyasında misqalın çəkisi 4,266 qram yazılıb. İslam tarixinin ilk əsrlərində 4,55 qram, daha sonra 4,25 qram misqal sayılıb. İran misqalı 4,3 qramdır.
Şəffaflıq.az islam.az-a istinadən bildirir ki, Şəriət hökmlərində istifadə edilən şəri misqal (şəriət misqalı) məişətdə işlədilən ürfi (adi) misqalın dörddən-üçü (75 faizi) qədərdir.
Mənbələrdə ürfi misqalın 4,46 və ya 4,608 və yaxud 4,6875 qram olması bildirilir. Bu hesabla şəri misqal 3,34 və ya 3,46 və yaxud 3,52 qrama bərabər olar. Ayətullah Sistani bu məsələ ilə bağlı suala cavab olaraq bir şəri misqalın 3,51 qram olduğunu bildirir.

Geri qayıt