Əsas Səhifə > RƏSMİ XƏBƏR > Prezident Yaşar Həsənovu işdən çıxardı - SƏRƏNCAM

Prezident Yaşar Həsənovu işdən çıxardı - SƏRƏNCAM


7-02-2022, 23:31

 

Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Geri qayıt