Əsas Səhifə > Hadisə > Həftəsonu toylara görə 14 nəfər cərimələninb

Həftəsonu toylara görə 14 nəfər cərimələninb


7-02-2022, 09:48
Həftəsonu toylara görə 14 nəfər cərimələninb, 217 nəfər şənliyə buraxılmayıb.
Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 5-6 fevral tarixlərində DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 657 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər barəsində toplanmış materiallar məhkəməyə göndərilib, 217 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Şəffaflıq.az
Geri qayıt